Moskvada koronavirusdan daha 55 ölüm
Rusiyanın paytaxtı Moskvada bu gün daha 55 nəfər yeni növ koronavirusun qurbanı olub.
Sabah.az xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bununla da paytaxtda pandemiya qurbanlarının ümumi sayı 1 179 nəfərə çatıb.
Həmçinin qeyd olunub ki, Rusiyada indiyə kimi 221 344 şəxsdə COVID-19 xəstəliyi qeydə alınıb. Onlardan 2009-u ölüb, 39 801 insan sağalıb.
Daha çox