Türkiyədə koronavirusdan sağalanların sayı 95 mini keçdi - 3841 ölüm

DÜNYA
21:40
11 May 2020
86

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 841 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından bildirib.

Qeyd olunub ki, son sutka ərzində ölkədə daha 55 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 841-ə çatıb.

Türkiyədə bu gün 32 722 test edilib və koronavirusa yoluxma faktı 1 114 nəfər artaraq 139 771 olub. Bu gün 3 089, ümumilikdə isə 95 780 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti