Türkiyədə 4 gün küçəyə çıxmaq qadağan edildi
Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində 4 gün küçəyə çıxmaq qadağan edilib.
Sabah.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Dövlət başçısının bildirib ki, 4 gün - mayın 16, 17, 18 və 19-da küçəyə çıxmaq qadağan olunacaq.
Prezidentin sözlərinə 9 vilayətə də giriş-çıxış qadağası ləğv olunub. Bunlar Adana, Diyarbakır, Mardin, Trabzon, Ordu, Dənizli, Kahramanmaraş, Şanlıurfa ve Tekirdağdır.
Daha çox