Sabunçu xəstəxanası bağlanıb? - Rəsmi açıqlama+Video

SƏHİYYƏ
18:21
11 May 2020
433

Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər kliniki xəstəxanasının bağlanması ilə bağlı şaiyələr yayılıb.

Sabah.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Real TV”yə açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, xəstəxanada profilaktik dezinfeksiya işləri aparılır:

“Bu gün səhər saatlarında Bakıda 3 saylı Şəhər Kliniki Xəstəxanasında profilaktik dezinfeksiya işləri aparılıb, lakin bundan sonra xəstələr ambulator müalicə almaq üçün yalnız fərdi qoruyucu vasitələrindən istifadə etməklə xəstəxanaya daxil ola biləcəklər və eyni zamanda, sosial məsafə mütləq şəkildə qorunmalıdır”.

Xəbər lenti