Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı keçdi

DÜNYA
12:03
11 May 2020
90

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 11 min 656 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti (6 169 nəfər) paytaxt Moskvada qeydə alınıb.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 94 nəfər artıb.

Ümumilikdə Rusiyada pandemiyaya yoluxanların sayı 221 min 344 nəfər, virusdan sağalanların sayı 39 min 801 nəfər, ölənlərin sayı isə 2 009 nəfərdir.

Qeyd edək ki, Böyük Britaniyada pandemiyaya yoluxanların sayı 219 min 183 nəfərdir.

Xəbər lenti