İran səhvən öz gəmisini vurdu - 19 nəfər öldü, 15 nəfər yaralandı +Yenilənib

DÜNYA
09:50
11 May 2020
175

İran Hərbi Dəniz Qüvvələrinin "Jamaran" freqatı səhvən təlimdə iştirak edən digər gəmini raketlə vurub.

Sabah.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter hesabında yazıb. Onun sözlərinə görə, hadisə Oman körfəzində baş verib. Sərbəst buraxılan gəmi əleyhinə raket "Konarak" köməkçi gəmisini vurub.

Hadisə nəticəsində onlarla insanın yaralandığı, azı 2 nəfərin isə öldüyü bildirilib. “Konarak”ın isə batdığı iddia edilir.

Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

***

"RİA Novosti"nin məlumatına görə, İran ordusunun mətbuat xidməti insident zamanı azı 19 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. Gəminin yanlış raket atışı nəticəsində vurulduğu təsdiqlənməyib.

Xəbər lenti