DİM-dən yeni imtahan qaydayarı ilə bağlı açıqlama - Bu suallar olmayacaq+Video

TƏHSİL
21:23
9 May 2020
360

Bir müddət sonra abituriyentlər üçün həyəcanlı günlər başlayacaq. Buraxılış və qəbul imtahanları start götürəcək. Bu il imtahanlarda suallardan tutmuş, keçirilmə qaydasına qədər hər şey dəyişəcək.

Sabah.az xəbər verir ki, qəbul və buraxılış imtahanlarına bu il suallar fərqli formada salınacaq. Hətta bir çox mövzularla bağlı sualların ümumiyyətlə salınması nəzərdə tutulmur.

Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, abituriyentlərin dərsdə olmadıqları müddətdə keçmədikləri mövzular barədə suallar qəbul imtahanında yer almayacaq.

X.Xanlarzadənin sözlərinə görə, imtahan zallarında da abituryentlər əvvəlki qaydada oturmayacaqlar. Yeni qaydalara əsasən, hər bir auditoriyada 12, maksimum 15 nəfər olacaq. İmtahandan sonra isə bütün zallar tam dezinfeksiya ediləcək.

11-ci siniflərlə yanaşı, 9-cu sinif şagirdləri və texnikomlara imtahan verənlər üçün də xüsusi qaydalar tətbiq olunacaq.

Qeyd edək ki, XI sinif buraxılış imtahanlarının iyun, qəbul imtahanlarının isə iyul ayı ərzində təşkil edilməsi planlaşdırılır.

Xəbər lenti