Türkiyədə koronavirusdan sağalanların sayı 90 minə çatır
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 739 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından bildirib.
Qeyd olunub ki, son sutka ərzində ölkədə daha 50 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 739-a çatıb.
Türkiyədə bu gün 35 605 test edilib və koronavirusa yoluxma faktı 1 546 nəfər artaraq 137 115 olub. Bu gün 3 084, ümumilikdə isə 89 480 xəstə koronavirusa qalib gəlib.
Daha çox