Dünyada COVİD-19 aşkarlanan insanların sayı - 4 milyonu keçdi

DÜNYA
01:51
9 May 2020
103

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 4 milyonu keçib.

Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytı məlumat yayıb.

Bildirilib ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 4 milyon 273-ə çatıb.

Ən çox yoluxma ABŞ-da (1 317 852) qeydə alınıb. Bu ölkəni İspaniya (260 117), İtaliya (217 185), İngiltərə (211 364), Rusiya (187 852), Fransa (176 079) Almaniya (170 489), Braziliya (141 088), Türkiyə (135 569) və 104 691 yoluxma ilə İran izləyir. Yoluxmanın yayıldığı Çində isə indiyə kimi 82 886 nəfərdə COVİD-19 aşkarlanıb.

Xəbər lenti