Koronavirusa yoluxmuş qadın körpəsinə süd verə bilərmi?

SƏHİYYƏ
01:22
9 May 2020
51

Dünyada yayılan koronavirus pandemiyası çoxlarının kabusuna çevrilib. Himayəsində azyaşlı körpəsi olan, övladını dünyaya gətirməyə hazırlaşan qadınlardan da bu virus yan keçməyib.

Sabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi COVID-19 virusuna yoluxmuş qadının istəyi olduğu təqdirdə körpəsini ana südü ilə qidalandıra biləcəyini açıqlayıb. Bu zaman aşağıdakı qaydalara əməl olunmalıdır:

Respirator gigiyenaya diqqət yetirməli və tibbi maskadan istifadə etməli;

Körpəyə toxunmazdan əvvəl və toxunduqdan sonra əlləri yumalı;

Səthləri müntəzəm şəkildə təmizləməli və dezinfeksiya etməli.

Xəbər lenti