Moskvada koronavirusdan ölənlərin sayı 1000-i ötdü
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 1000-i keçib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, sözügedən şəhərdə son sutka ərzində daha 54 nəfər pandemiyanın qurbanı olub və bununla da ölənlərin ümumi sayı 1010-a çatıb.
Həmçinin qeyd olunub ki, Rusiyada indiyə kimi 187 859 nəfərdə COVID-19 qeydə alınıb. Onlardan 1723-ü ölüb, 26 608 xəstə sağalıb.
Daha çox