Oruc tutmaq koronavirusa yoluxma riskini artıra bilərmi?

SƏHİYYƏ
22:55
8 May 2020
98

Oruc tutmağın koronavirusa - COVID-19 infeksiyasına yoluxma riskini artıra biləcəyi ilə bağlı hazırda heç bir dəlil mövcud deyil.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, virusdan qorunmaq üçün başqaları ilə aranızda ən azı 1 metr məsafə saxlamaq, insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Bununla yanaşı, əllər düzgün şəkildə və tez-tez yuyulmalı, respirator gigiyena qaydalarına riayət edilməlidir.

Xəbər lenti