Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 689 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından məlumat yayıb.
Paylaşımda qeyd olunub ki, son sutka ərzində ölkədə daha 48 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 689-a çatıb.
Türkiyədə bu gün 33 687 test keçirilib və koronavirusa yoluxma faktı 1 848 nəfər artaraq 135 569 olub. Bu gün 3 412, ümumilikdə isə 86 396 xəstə koronavirusa qalib gəlib.
Daha çox