Moskvada koronavirusdan ölənlərin sayı 1000-ə çatır
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 51 nəfər yeni növ koronavirusun qurbanı olub.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bununla da paytaxtda pandemiya qurbanlarının ümumi sayı 956 nəfərə çatıb.
Həmçinin qeyd olunub ki, Rusiyada indiyə kimi 177 minə yaxın COVID-19 xəstəliyi qeydə alınıb. Onlardan 1600-dən çoxu ölüb, 23 minə yaxın insan sağalıb.
Daha çox