Dünyada koronavirusa yoluxanların sayı 83 min artdı

DÜNYA
00:34
8 May 2020
85

Dünyada bir gündə 83 mindən çox insanda yeni növ koronavirus aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

Bildirilib ki, son sutka ərzində dünyada 83 465 nəfər COVİD-19-a yoluxub, 6539 xəstə ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların sayı 3 672 238 olub, pandemiya qurbanları sayı isə 254 045 nəfərdir.

Qurumdan verilən məlumata görə, hazırda yoluxma hallarının əksəriyyəti hələ də Avropa qitəsindədir – 1 542 829.

Xəbər lenti