Türkiyədə daha 57 xəstə koronavirusdan öldü

DÜNYA
20:47
7 May 2020
90

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 641 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabından məlumat verib.

Paylaşımda qeyd olunub ki, son sutka ərzində ölkədə daha 57 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 641-ə çatıb.

Türkiyədə bu gün 30 395 test keçirilib və koronavirusa yoluxma faktı 1 977 nəfər artaraq 133 721 olub. Bu gün 4 782, ümumilikdə isə 82 984 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti