Gürcüstan bu tarixdən sərhədləri açacaq - Giorgi Qaxaria
Gürcüstan iyulun 1-dən etibarən sərhədlərini xarici turistlər üçün açacaq.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.
O bildirib ki, iyunun 15-dən etibarən ölkədə daxili turizm üçün xidmət göstəriləcək. İyulun 1-dən isə xarici turistlər qəbul edilməyə başlanılacaq.
"Səhiyyə Nazirliyi həm sərhədlərdə, həm quru, həm də hava yolu ilə gələn hər bir vətəndaşa nəzarəti gücləndirməlidir. Əvvəllər 24 saat karantinə ehtiyacımız olsa da, indi nəzarət bir saat ərzində tamamlanmalıdır. Belə bir fürsət var və Səhiyyə Nazirliyi yaxın günlərdə bu problemi həll edəcək", - deyə baş nazir bildirib.
Daha çox