“Lukoil”in vitse-prezidenti koronavirusa yoluxdu
"Lukoil" şirkətinin vitse-prezidenti, Moskvanın "Spartak" futbol klubunun sahibi Leonid Fedun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sabah.az xəbər verir ki, bu barədə "Spartak"ın mətbuat xidməti məlumat yayıb.
Xəstəxanada müalicə alan 64 yaşlı iş adamının sağlamlıq durumu barədə məlumat verilməyib.
Qeyd edək ki, L.Fedun "Forbes" jurnalına görə Rusiyanın ən varlı iş adamları siyahısında 20-ci sıradadır. 1991-ci ildən "Lukoil" şirkətinin yaradılmasında iştirak edib, 1994-cü ildən isə şirkətin vitse-prezidenti vəzifəsindədir. O, eyni zamanda "IFD Capital" qrupunun ortaqlarındandır.
“Spartak”ın 32,7%-lik payına sahib olan L.Fedun klubun prezidentidir.
Daha çox