“Turizm karantindən ən axırda çıxan sahələrdən olacaq”
“Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur”.
Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib. O qeyd edib ki, tədrisin rus dilində aparıldığı məktəblərin sayı artıq 340-a çatır.
Dövlət başçısı vurğulayıb ki, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur:
“Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq”.
Daha çox