Dünyada koronavirusa yoluxanların sayı 3,8 milyonu ötdü

DÜNYA
01:38
7 May 2020
93

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 3 milyon 800 mini keçib.

Sabah.az xəbər verir ki, bu barədə COVİD-19 aşkarlanan ölkələrdəki yoluxma faktları ilə bağlı araşdırma aparan "Worldometer" saytı məlumat yayıb.

Bildirilib ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 3 802 123-ə çatıb. Ən çox yoluxma ABŞ-da (1 252 584) qeydə alınıb. Bu ölkəni İspaniya (253 682), İtaliya (214 457), İngiltərə (201 101), Fransa (174 191), Almaniya (167 575), Rusiya (165 929), Türkiyə (131 744), Braziliya (121 600) və 101 650 yoluxma ilə İran izləyir. Çində isə indiyə kimi 82 883 nəfərdə COVİD-19 aşkarlanıb.

Mənbədə qeyd olunub ki, indiyə kimi dünyada koronavirusdan 263 086 nəfər ölüb, 1 285 591 insan sağalıb.

Xəbər lenti