Bu ölkə koronavirusa qalib gəldiyini elan etdi
İslandiya hökuməti ölkədə koronavirusun yayılmasını faktiki olaraq aradan qaldırdığını elan edib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmilər ölkədə yoluxanların 97 faizinin artıq sağaldığını deyib:
"İslandiyada COVID-19 testi müsbət çıxan 1799 nəfərdən 1750-si artıq sağalıb. Təəssüf ki, xəstəlik 10 nəfərin ölümünə səbəb oldu".
Bildirilib ki, indi ölkədə 39 koronavirus infeksiyası yoluxan var, onlardan 3-ü xəstəxanalarda qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.
İslandiyada hökümət bazar ertəsi planlaşdırıldığı kimi, martın 16-dan tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.
Daha çox