Tanınmış milyarder intihar etdi
Rusiyalı milyarder Dmitri Bosov ölü vəziyyətdə tapılıb.
Sabah.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “RİA Novosti”yə məlumat verilib.
ilkin məlumatlara görə, qohumları onun cəsədini Usovodakı evin ərazisindən tapıblar. 52 yaşlı biznesmenin intihar etdiyi iddia olunur. Onun ölümü ilə bağlı araşdırma başlanıb.
Qeyd onunub ki, Dmitri Bosov “Alltek” qrupunun idarə heyətinin sədri idi, əsas iş xətti antrasit və kömür mədənidir. “Forbes” jurnalı onu 1,1 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı adamlarının reytinqində 86-cı pilləyə qoyub.
Daha çox