Rusiyada 10559 yeni yoluxma qeydə alındı

DÜNYA
12:38
6 May 2020
111

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 10 min 559 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti (5 858 nəfər) paytaxt Moskvada qeydə alınıb.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 86 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 165 min 929 nəfər, virusdan sağalanların sayı 21 min 327 nəfər, ölənlərin sayı isə 1 537 nəfərdir.

Xəbər lenti