Çexiyada koronavirusa qarşı peyvənd hazırlanır

DÜNYA
23:20
5 May 2020
73

Çexiyada pandemiyanın ikinci və üçüncü dalğası ehtimalları nəzərə alınaraq koronavirusa qarşı peyvəndin hazırlanması üzərində tədqiqatlar aparılır.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex məlumat verib. O bildirib ki, üç şöbənin alimləri koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işləyirlər:

“Vaksinin hazırlanması üzərində Dövlət Səhiyyə İnstitutunun, Hematologiya İnstitutunun, Klinik və Eksperimental Tibb İnstitutunun alimləri çalışırlar. Hazırda tədqiqatların ilk laboratoriya mərhələsi həyata keçirilir”.

Tədqiqatın elmi rəhbərlərindən biri olan kardioloq Vera Adamkovanın sözlərinə görə, Çexiyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işlər bu ilin fevralından başlayıb. Hazırda dünyada 80-nə yaxın laboratoriya bu kimi tədqiqatlarla məşğul olur.

Xəbər lenti