Britaniya koronavirus qurbanlarının sayına görə dünyada 2-ci oldu

DÜNYA
22:32
5 May 2020
88

Böyük Britaniya yeni növ koronavirusdan (COVİD-19) ölüm sayına görə dünyada ABŞ-dan sonra 2-ci yerə yüksəlib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici işlər naziri Dominik Raab məlumat verib.

Bildirilib ki, son sutka ərzində koronavirusdan 693 nəfər ölüb və pandemiya qurbanlarının ümumi sayı 29 427-yə çatıb.

Son məlumatlara görə, ölkədə 195 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Xəbər lenti