Antraktidadan qorxulu statistika - Nəhəng buz kütləsi yoxa çıxıb
Avropa Kosmik Agentliyi (ESA) Antraktidada əriyən buzlarla bağlı statistika yayıb.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, yayılan materiallarda bir il ərzində Maltanın ərazisi qədər nəhəng buz kütləsinin yoxa çıxdığı bildirilib.
Belə ki, ötən ilin fevralından indiyə qədər “Copernicus Sentinel-1” peyki tərəfindən qeydə alınmış görüntülərə əsasən 300 kvadrat kilometr ərazini əhatə edən buzun əridiyi müşahidə edilib.
Daha çox