Türkiyədə koronavirusdan daha 59 ölüm
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 520 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazirin paylaşımında qeyd olunub ki, son 24 saatda ölkədə daha 59 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 520-yə çatıb.
Türkiyədə bu gün 33 283 test keçirilib və koronavirusa yoluxma faktı 1 832 nəfər artaraq 129 491 olub. Bu gün 5 119, ümumilikdə isə 73 285 xəstə koronavirusa qalib gəlib.
Daha çox