Təbrizdə koronavirusa yoluxan 7 nəfər xəstəxanadan qaçdı

DÜNYA
20:12
5 May 2020
108

Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçıb. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib.

Onun sözlərinə görə, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq qaçıb və evlərinə gedib.

"Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, - deyə Novruzi qeyd edib.

Xəbər lenti