Rusiyada 10 mindən çox yeni yoluxma faktı qeydə alındı

DÜNYA
16:30
5 May 2020
171

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 10 581 nəfər artaraq 155 min 370-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti (5 714 nəfər) paytaxt Moskvada qeydə alınıb.

Ötən gün ərzində COVID-19-dan ölənlərin sayı daha 95 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 19 min 865 nəfər, virusdan ölənlərin sayı isə 1 451 nəfərdir.

Xəbər lenti