Dünyada koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü
Dünyada yeni növ koronavirus aşkarlanan şəxslərin sayı 3,4 milyonu keçib, 239 mindən çox insan ölüb.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlmat verilib.
Bildirilib ki, dünyada son sutka ərzində 86,1 mindən çox yeni yoluxma hadisəsi qeydə alınıb və ümumi say 3 435 894-ə çatıb. Qurbanların ümumi sayı 239 604 təşkil edir.
COVID-19-a ən çox yoluxma (1 544 145) və ölüm (143 987) halları isə Avropada qeydə alınıb.
Daha çox