Moskvada COVID-19 qurbanlarının sayı 816-ya çatdı

DÜNYA
23:45
4 May 2020
39

Rusiyanın paytaxtı Moskvada bu gün daha 52 nəfər yeni növ koronavirusun qurbanı olub.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, bununla da paytaxtda pandemiya qurbanlarının ümumi sayı 816 nəfərə çatıb.

Qeyd olunub ki, Rusiyada indiyə kimi 145 mindən çox COVID-19-a yoluxma halı qeydə alınıb, 1300-dən çox xəstə ölüb, təqribən 18 min şəxs müalicə edilib. Ən çox yoluxmuş şəxs isə Moskvada aşkarlanıb - 75 min nəfər.

Xəbər lenti