Türkiyədə koronavirusdan ölənlərin sayı 3461-ə çatdı
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 461 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda ölkədə daha 64 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 3 461-ə çatıb.
Türkiyədə bu gün 35 771 test keçirilib və koronavirusa yoluxma faktı 1 614 nəfər artaraq 127 659 olub. Bu gün 5 015, ümumilikdə isə 68 166 xəstə koronavirusa qalib gəlib.
Daha çox