Tükiyədə bəzi qadağalar aradan qaldırıldı, imtahanların vaxtı açıqlandı
Türkiyədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı bildirib ki, ölkənin 31 vilayətindən 7-də şəhər və rayonlararası giriş-çıxışlara qoyulmuş məhdudiyyətlər bu gecədən aradan qaldırılır. Bunlar Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğladır.
Prezidentin sözlərinə görə, yaşı 65-dən yuxarı olanlar mayın 10-da 4 saat müddətinə küçəyə çıxa biləcəklər. 20 yaşdan aşağı şəxslərə də mayın 13-də 4 saatlıq evdən çıxmaq icazəsi verildi.
O bildirib ki, mayın 11-dən Türkiyədə ticarət mərkəzlərinin (AVM) fəaliyyəti bərpa ediləcək. Həmin tarixdən bərbərxana və gözəllik salonları da fəaliyyətə başlayacaqlar.
Prezident imtahanların keçiriləcəyi vaxtı da açıqlayıb. Onun sözlərinə görə, ali təhsil müəssisələrinə (YKS) imtahanlar 27-28 iyunda, liseylərə (LGS) qəbul üçün imtahanlar isə 20 iyunda keçiriləcək.
Daha çox