ABŞ-da gün ərzində 25 mindən çox insan koronavirusa yoluxdu

DÜNYA
20:45
4 May 2020
71

Amerika Birləşmiş Ştatlarında (ABŞ) son sutka ərzində koronavirus aşkarlanan insanların sayı 25 mini keçib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat verib.

Bildirilib ki, son bir gündə ABŞ-da 25 501 yeni yoluxma hadisəsi qeydə alınıb, ölən xəstələrin sayı 1 313 artıb.

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1 161 346-ya çatıb, 67.781 adam ölüb.

Xəbər lenti