Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

DÜNYA
10:35
4 May 2020
146

Qazaxıstan Mərkəzi Seçki Komissiyası keçmiş Prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.

Sabah.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb:

Məlumatda bildirilir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının mayın 4-ü keçirilən iclasında qəbul edilib.

Qeyd olunur ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev D.Nazarbayevanı parlament spikeri vəzifəsindən azad edib.

Qeyd edək ki, Dariqa Nazarbayeva 2016-cı ildə parlamentin spikeri vəzifəsinə təyin olunub, 2019-cu ildə səlahiyyətləri sona çatdıqdan sonra yenidən vəzifəyə təyin edilib. 56 yaşlı D.Nazarbayeva keçmiş Prezident Nursultan Nazarbayevin böyük qızıdır.

Xəbər lenti