Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı
Tacikistanda koronavirusdan ilk 2 ölüm halı qeydə alınıb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə 76 nəfər COVID-19-a yoluxub.
Qeyd olunub ki, Tacikistan klinikalarında koronavirus əlamətləri ilə 2782 nəfər tibbi nəzarət altındadır, son bir gündə 217 xəstə müayinədən sonra xəstəxanalardan buraxılıb.
Daha çox