Moskvada daha 34 nəfər koronavirusdan öldü

DÜNYA
23:58
2 May 2020
85

Rusiyanın paytaxtı Moskvada bu gün daha 34 nəfər yeni növ koronavirusun qurbanı olub.

Sabah.az xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, bununla da sözügedən şəhərdə koronavirusdan ölənlərin ümumi sayı 729 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya 124 054 (son sutkada 9623) nəfərlə COVİD-19-a yoluxanların sayına görə dünyada 8-dən 7-ci yerə yüksəlib. Onlardan 15 mini sağalıb.

Xəbər lenti