Dünyada koronavirusa yoluxanların sayı 3,2 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 3,2 milyon nəfəri keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, dünyada COVİD-19-a yoluxmuş insanların sayı 3 267 184 nəfərə çatıb, 5799 insan ölüb. Həmçinin son sutka ərzində dünyada 91,9 mindən çox yeni yoluxma faktı qeydə alınıb, 5 799 şəxs ölüb. İndiyə kimi dünyada 229 971 şəxs pandemiyanın qurbanı olub
Pandemiyaya ən çox yoluxma faktının isə Avropada (1 492 024 nəfər) olduğu bildirilib. Qitədə 140,5 mindən çox insan bu səbəbdən ölüb.
Daha çox