Türkiyədə bugünkü koronavirus statistikası - 78 ölü, 4451 sağalma
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 336 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazirin paylaşımında qeyd olunub ki, son 24 saatda ölkədə daha 78 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarıın ümumi sayı 3 336-ya çatıb.
Türkiyədə bu gün 36 318 test keçirilib və koronavirusa yoluxma faktı 1 983 nəfər artaraq 124 375 olub. Bu gün 4 451, ümumilikdə isə 58 259 xəstə koronavirusa qalib gəlib.
Daha çox