Boris Conson həyatını xilas edənlərin adını oğluna verdi
İngiltərə Baş Naziri Boris Conson onu koronavirusdan xilas edən iki həkiminə jest edib.
Sabah.az xəbər verir ki, bu barədə hökümət başçısının xanımı Kerri Simonds məlumat verib.
B.Conson yeni doğulmuş oğlu Uilfred Lori Nikolasın adlarından birini (Nikolas) onu müalicə edən iki həkimin şərəfinə qoyub. Xanım həmçinin bildirib ki, Uilfred Baş Nazirin atasının, Lori də öz babasının adıdır.
Qeyd edək ki, Uilfred Lori Nikolas Conson aprelin 29-da dünyaya gəlib. Baş Nazir Boris Conson isə martın 27-də koronavirusa yoluxmuşdu. Onu virusdan xilas edən hər iki həkimin adı Nik olub.
Daha çox