Öldüyü deyilən Kim Jong Un açılışda - Fotolar

DÜNYA
13:36
2 May 2020
378

Şimali Koreyanın rəsmi mətbu orqanı olan "Rodong sinmun" ölkənin lideri Kim Jong Unun həftələr sonra ilk fotolarını dərc edib.

Sabah.az xəbər verir ki, şəkillər mayın 1-də Pxenyan yaxınlığındakı Sunçxon şəhərində baş tutan gübrə zavodunun tikintisinin başa çatması münasibəti ilə keçirilən mərasimdə çəkilib. Xarici mediada haqqında müxtəlif şayiələr yayımlanan Kim Jong Un dünən keçirilən açılışda lent kəsdikdən sonra fabriki gəzib.

Mərasimdə iştirak edən əsgərlər, partiya üzvləri və işçilər maska taxıb. Açılışda şən və gümrah görünən Kim Jong Unla yanaşı bacısı Kim Yo-Jong və yüksək vəzifəli şəxslər də iştirak edib.

Xəbər lenti