Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi
Nazirlər Kabineti “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edib.
Sabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.20-ci maddəsinə uyğun olaraq hazırlanıb və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir.
Təhsil müəssisəsində psixoloji xidmət təhsilalanların əqli və fiziki inkişafının, habelə onların sosial müdafiəsinin təmin olunması sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə, digər normativ hüquqi aktlara və bu Qaydalara uyğun olaraq təşkil olunur, uşaq, yeniyetmə və gənclərin psixologiyası üzrə aparılan elmi tədqiqatların nəticələrinə və nailiyyətlərinə əsaslanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, uşaqların inkişafı sahəsində müasir nəzəriyyələri istifadə və tətbiq etməklə həyata keçirilir.
Təhsilalanlara psixoloji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilir.
Daha çox