Kim Çen In günlər sonra ictimaiyyət qarşısına çıxdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Yonhap Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı Cənubi Pyonqan əyalətindəki Sunçxon şəhərində gübrə zavodunun açılış mərasimində iştirak edib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In aprelin 12-dən bəri ictimaiyyətə görünməyib. 36 yaşlı dövlət başçısının cərrahiyyə əməliyyatından sonra sağlığında problem olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb. Hətta bəzi mətbuat orqanlarında onun ölməsi ilə bağlı da xəbərlər dərc edilib.
Daha çox