Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyon ötdü

DÜNYA
23:27
1 May 2020
49

Dünyada yeni növ koronavirus (COVİD-19) aşkarlanan insanların sayı 3,3 milyonu keçib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirilib.

Ən son məlumatlara görə, dünyada infeksiyaya yoluxmuş insanların sayı 3 303 296 nəfərə çatıb, 235 290 insan koronavirusdanölüb. COVİD-19-a yoluxan 1 039 588 şəxs isə sağalıb.

Xəbər lenti