Gürcüstanda koronavirusdan daha 1 ölüm
Bu gün Gürcüstanda daha bir nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da qonşu ölkədə pandemiya qurbanlarının sayı 7 nəfərə çatıb.
Rəsmi mənbələrdən bildirilib ki, ölən şəxsin 83 yaşı olub və o həm də şəkərli diabetdən əziyyət çəkib.
Bu gün COVİD-19 aşkarlanan 21 nəfər sağalıb və onların sayı 207-ə çatıb. İndiyə kimi ölkədə 566 yoluxma faktı qeydə alınıb.
Daha çox