Türkiyədə koronavirusdan ölənlərin sayı 3258 nəfərə çatdı - 53808-i sağalıb

DÜNYA
20:27
1 May 2020
103

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 258 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda ölkədə daha 84 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 3 258-ə çatıb.

Nazirin sözlərinə görə, bu gün 41 431 test keçirilib və koronavirusa yoluxma faktı 2 188 nəfər artaraq 122 392 olub. Bu gün 4 922, ümumilikdə isə 53 808 xəstə koronavirusa qalib gəlib.

Xəbər lenti