Rusiyada bir gündə 8 minə yaxın insan pandemiyaya yoluxdu

DÜNYA
11:58
1 May 2020
56

Rusiyada son sutka ərzində koronovirusa yoluxanların sayı daha 7 933 nəfər artıb.

Sabah.az xəbər verir ki, ölkənin Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada pandemiyaya yoluxanların sayı 114 min 431 nəfərə çatıb. Yeni yoluxmalardan 3 561-i paytaxt Moskvada qeydə alınıb.

Məlumata əsasən, ölkədə virusdan ölənlərin sayı son 24 saatda 96 nəfər artaraq 1 169-a yüksəlib.

Qeyd edək ki, Rusiyada indiyədək koronavirusdan sağalanların sayı 13 min 220 nəfərdir.

Xəbər lenti