Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü
Dünyada yeni növ koronavirusdan (COVİD-19) sağalanların sayı 1 milyonu keçib.
Sabah.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, dünyada COVID-19-a yoluxandan sonra müalicə olunaraq sağalan insanların sayı 1 004 483 nəfərdir. 229 447 şəxs pandemiyanın qurbanı olub. Dünyada koronavirusa yoluxanların ümumi sayı isə 3 231 701 nəfərə çatıb.
Daha çox