BMT-dən Kim Çen Inla bağlı açıqlama
22:07
30 Aprel 2020
162Birləşmiş Millətlər Təşkilatında (BMT) Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın vəziyyəti ilə bağlı məlumat yoxdur.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.
"KXDR sədri Kim Çen Inın vəziyyət barədə məlumatımız yoxdur", - deyə A. Quterreş deyib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In aprelin 12-dən bəri ictimaiyyətə görünməyib. Onun cərrahiyyə əməliyyatından sonra sağlığında problem olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb. Hətta bəzi mətbuat orqanlarında onun ölməsi ilə bağlı da xəbərlər dərc edilib.
Daha çox