Rusiyanın Baş Naziri koronavirusa yoluxdu

DÜNYA
21:03
30 Aprel 2020
135

Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustin yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Sabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin özü məlumat verib.

M.Mişustin videobağlantı zamanı Rusiya Prezidenti Vladimir Putinə koronavirusa yoluxduğunu və bu səbəbdən özünü karantinə aldığını bildirib.

O deyib ki, həkimlərin göstərişlərinə əməl etməli və bunun üçün özünü təcrid etməlidir.

Xəbər lenti